Modern.az

Teymur Rəcəbov dünya çempionuna qarşı

Teymur Rəcəbov dünya çempionuna qarşı

Aktual

2 İyun 2022, 14:22

Norveçin Stavanger şəhərində “Norway Chess” beynəlxalq şahmat turnirində növbəti turun oyunları keçiriləcək.

 

Modern.az xəbər verir ki, Azərbaycan təmsilçisi Teymur Rəcəbov üçüncü turda hazırkı dünya çempionu Maqnus Karlsenlə mübarizə aparacaq. Şəhriyar Məmmədyarov isə bolqarıstanlı Veselin Topalov ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, ötən iki turda Ş.Məmmədyarov 2,5, Teymur Rəcəbov isə 1,5 xal toplayıb.

 

“Norway Chess” turniri iyunun 10-dək davam edəcək. Reqlamentə əsasən, qələbəyə görə şahmatçılara üç xal verilir. Heç-heçə olacağı təqdirdə iştirakçılar qalibi “armageddon”da müəyyənləşdirirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı