Modern.az

Çin orbitə bir raketlə 9 peyk çıxardı

Çin orbitə bir raketlə 9 peyk çıxardı

Aktual

2 İyun 2022, 23:04

Çin “Böyük yürüş-2C” raketdaşıyıcısı ilə orbitə 9 peyk çıxarıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, raketdaşıyıcının buraxılışı Siçuan vilayətindəki Siçanq məntəqəsində həyata keçirilib.

 

Məlumata görə, planlaşdırılan orbitə daxil olan “Geely-01” peyk qrupu “ağıllı” əlaqələnmiş nəqliyyat vasitələrinin naviqasiyasının texniki tədqiqatı və yoxlanılması, həmçinin avtomobildə quraşdırılmış qurğular və peyklərin qarşılıqlı əlaqəsi üçün nəzərdə tutulub.

 

Bundan başqa, peyklər dəniz mühitinin mühafizəsi ilə bağlı ictimai xeyriyyəçilik fəaliyyətini də dəstəkləyəcək.

 

Qeyd edək ki, bu, “Böyük yürüş-2C” seriyasından 422-ci raket buraxılışıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı