Sosial şəbəkələrdə Kliniki Tibbi Mərkəzdə (KTM) çəkildiyi iddia olunan foto geniş müzakirələrə səbəb olub. Fotoda sistem şüşəsi əvəzinə "Sprite" içki qabının asıldığı görünür.
Məsələ ilə bağlı Modern.az-a danışan mərkəzin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu fotonun KTM-də çəkilmədiyini bildirib.
E.Hidayətoğlu deyib ki, sosial şəbəkələrdə yayılan foto gerçəkliyi əks etdirmir:
“Çünki sözügedən foto Kliniki Tibbi Mərkəzdə çəkilməyib. Bizim mərkəzdə fotoda görüntülənən mənəzərə yoxdur və şəkil reallığı əks etdirmir”.
Qurum rəsmisi məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcəyini vurğulayıb.
Elmar Hüseynov