Modern.az

Müğənninin bağ evinə ayı girdi - VİDEO

Müğənninin bağ evinə ayı girdi - VİDEO

Aktual

4 İyun 2022, 13:16

Bəstəkar-müğənni Murad Arifin bağ evindəki həyətinə ayı balası girib.

 

Modern.az xəbər verir ki, bu barədə ifaçı “Facebook” hesabında paylaşım edib.

 

“Mənim həyatımda bir tək ayı çatışmırdı. Səhər saat beşin yarısı həyətimizə ayı balası qonaq gəlmişdi. Bala olmasına baxma, Marsın (itini nəzərdə tutur - red.) hasarına cumur, yaxınlaşanlara hücum edirdi. Bağımızda yaşayan ailə gecə ilə video çəkib göndərib. Yatmışdım, indi xəbər tuturam. Ayı da hasardan qaçıb gedib. Xatırladıram ki, Novxanı-Qurd dərəsi zonasında ayılar olmur. Bu, kiminsə kəsib-yemək üçün saxladığı heyvan imiş, qurtulub”, - deyə o bildirib.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı