İranda ötən sutka ərzində 64 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb.
Modern.az xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.
Bununla da İranda virusdan ölənlərin sayı 141 328, yoluxanların sayı isə 7,23 milyonu keçib. Virus daşıyıcılarından 470 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Qonşu ölkədə indiyədək 7,05 milyondan çox şəxs koronavirusdan sağalıb, 52,3 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda təxminən 150 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,5 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 57,8 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 27,5 milyon təşkil edir.