Modern.az

Bakıda velosiped oğrusu saxlanıldı

Bakıda velosiped oğrusu saxlanıldı

Aktual

4 İyun 2022, 14:14

Bakının Nərimanov rayonunda yerləşən iri ticarət mərkəzlərindən birinin dayanacağından dəyəri 450 manat olan velosiped oğurlanıb.

 

DİN-dən Modern.az-a bildirilib ki, oğurluğun baş vermə anları ərazinin kameraları vasitəsi ilə də anbaan görüntülənib. Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Nicat Cəfərov saxlanılıb. O, ifadəsində oğurladığı velosipedi satdığını bildirib.

 

Faktla bağlı 17-ci Polis Şöbəsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Nicat Cəfərovun Nərimanov və ya paytaxt ərazisində digər analoji cinayətlər törədib-törətmədiyi aparılan araşdırrmalardan sonra məlum olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı