Modern.az

Nəcməddin Sadıkovun kadrı HƏBS OLUNDU

Nəcməddin Sadıkovun kadrı HƏBS OLUNDU

Aktual

4 İyun 2022, 18:55

Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun sabiq rəisi Elxan Məcidov həbs edilib.

 

Modern.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin qərarına əsasən, Elxan Məcidovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

O, külli miqdarda rüşvət alma və digər cinayət əməllərində təqsirli bilinir.

 

İttihama görə, ​Elxan Məcidov xidmət etdiyi dövr ərzində külli miqdarda rüşvət müqabilində hərbi qulluqçuların əsassız olaraq Mərkəzi Ordu İdman Klubuna köçürülməsini və aylığa buraxılmasını təmin edib.

 

Qeyd edək ki, Elxan Məcidov vaxtilə Azərbaycan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun köməkçisi olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı