Modern.az

İlon Mask bir gündə 17 milyard dollar itirdi

İlon Mask bir gündə 17 milyard dollar itirdi

Aktual

4 İyun 2022, 23:30

"Tesla" şirkətinin rəhbəri İlon Maskın sərvəti 17 milyard dollar azalıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.

 

Buna səbəb "Tesla"nın işçi qüvvəsinin 10%-ni ixtisar etməli olacağı xəbərləri fonunda səhmlərinin ucuzlaşmağı olub.

 

Məlumata görə, Nyu-York birjasında keçirilən ticarət sessiyası zamanı "Tesla" səhmləri 5%-dən çox ucuzlaşdığından İlon Mask 16,9 milyard dollar itirib. Buna baxmayaraq, Mask hələ də planetin ən varlı adamıdır. O, 216,8 milyard dollar sərvətə malikdir.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Moskva iflic oldu - Hava limanları fəaliyyətini dayandırdı