Modern.az

İti vuran müğənni həbs oluna bilər

İti vuran müğənni həbs oluna bilər

Aktual

5 İyun 2022, 14:39

Qonşusunun itinə hücum etməkdə ittiham olunan rusiyalı müğənni Lyubov Uspenskaya həbs oluna bilər.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

 

Bildirilib ki, yaralı itin sahibi müğənnidən təzminat tələb edib. Lakin sənətçi bunu qəbul etməyib. Bundan sonra müğənni barəsində polisə şikayət olunub.

 

Şikayətçi tərəfin vəkilinin sözlərinə görə, hazırki vəziyyətdə Uspenskaya 3 ildən 5 ilədək müddətə həbs oluna bilər. 

 

Qeyd edək ki, hadisə mayın 30-da müğənni qızı ilə gəzintidə olarkən baş verib. Uspenskaya buldoq itini həyati təhlükə hiss etdiyi üçün vurduğunu bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı