Modern.az

Ceyhun Bayramov sabah Türkiyəyə gedir

Ceyhun Bayramov sabah Türkiyəyə gedir

Aktual

5 İyun 2022, 15:27

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvətilə sabah qardaş ölkəyə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən məlumat verilib.

 

Bildirilib ki, C.Bayramov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibəti ilə rəsmi qəbulda iştirak edəcək. Bundan əlavə, səfər çərçivəsində keçiriləcək görüşlərdə ikitərəfli əlaqələr və regional məsələlər müzakirə olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı