Modern.az

ÜST meymunçiçəyinə yoluxanların sayını AÇIQLADI

ÜST meymunçiçəyinə yoluxanların sayını AÇIQLADI

Aktual

5 İyun 2022, 19:05

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada indiyədək meymunçiçəyinə 780 yoluxma faktının qeydə alındığını açıqlayıb.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, ÜST-ün məlumatına görə, mayın 13-dən iyunun 2-dək laboratoriyada təsdiqlənmiş 780 meymunçiçəyi halı qeydə alınıb. Yoluxma faktı əsasən 27 ölkədə özünü büruzə verib.

 

Ən çox yoluxma Böyük Britaniyada aşkar edilib - 207. Sonrakı yerlərdə İspaniya (156), Portuqaliya (138), Kanada (58), Almaniya (57), Fransa (33), Hollandiya (31), İtaliya (20), ABŞ (19) və Belçika (12).

 

Qalan 17 ölkədə isə yoluxma hallarının sayı 10-u keçməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı