Modern.az

Özünü Kürə atan şəxs xilas edildi

Özünü Kürə atan şəxs xilas edildi

Aktual

6 İyun 2022, 00:14

Yevlaxda intihara cəhd hadisəsi qeydə alınıb.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 500 m aralı, nəzarətsiz ərazidə) 1 nəfərin intihar etmək məqsədilə özünü suya atması barədə məlumat daxil olub.

 

Dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Moskva iflic oldu - Hava limanları fəaliyyətini dayandırdı