Modern.az

Millimiz bu gün Belarusla qarşılaşacaq

Millimiz bu gün Belarusla qarşılaşacaq

Aktual

6 İyun 2022, 07:43

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

 

Modern.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu komanda Serbiyada Belarusla üz-üzə gələcək.

 

Novi Sad şəhərindəki “Karadjordje” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Görüşü Məhəmməd Əl-Hakimin başçılıq etdiyi isveçli hakimlər idarə edəcək.

 

Qrupun digər görüşündə Slovakiya Qazaxıstanı qəbul edəcək.

 

UEFA Millətlər Liqası

C Liqası

3-cü qrup

22:45. Belarus - Azərbaycan

 

Baş hakim: Məhəmməd Əl-Hakim

Serbiya. Novi Sad “Karadjordje”

 

Qeyd edək ki, Azərbaycan yığması I turda səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzub. Belarus kollektivi isə Serbiyada Slovakiyaya minimal hesabla yenilib - 0:1.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Moskva iflic oldu - Hava limanları fəaliyyətini dayandırdı