Bu gündən etibarən Formula 1 yarışlarının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.
Hərəkət 14 iyun səhər saatlarından etibarən bərpa olunacaq.
Bildirilib ki, nəqliyyata məhdudiyyət 3 zonada tətbiq ediləcək. İçərişəhər ərazisi, Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsinin yerləşdiyi ərazidir.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi 10-12 iyun tarixlərində Bakıda baş tutacaq.