Modern.az

Ermənistanda həbs olunan müxalifətçilərin sayı açıqlanıb

Ermənistanda həbs olunan müxalifətçilərin sayı açıqlanıb

Aktual

6 İyun 2022, 10:22

Ermənistan parlamentinin “Daşnaksütyun” partiyasından olan vitse-spikeri, “Müqavimət” hərəkatının koordinatoru İşxan Saqatelyan bildirib ki, baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyaları başlayandan indiyədək 24 nəfər həbs edilib, 2,5 minə yaxın adam polis bölmələrinə aparılıb.
 

Modern.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Saqatelyanın sözlərinə görə, aprelin 25-dən indiyədək 48 vətəndaş saxlanılıb, onlardan 24-ü həbs edilib.

“İndi də məhkəmələr həbslə bağlı vəsatətlərə baxır", - müxalifətçi qeyd edib.
 

O, həmçinin Ermənistanda etirazlar başlamazdan əvvəl həbs edilənlər də daxil olmaqla 50-yə yaxın siyasi məhbusun olduğunu iddia edib.
 

Saqatelyan tərəfdarlarını bazar ertəsi axşam mitinq üçün yenidən toplaşmağa çağırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Moskva iflic oldu - Hava limanları fəaliyyətini dayandırdı