Modern.az

Tələbənin öldüyü QƏZA - Traktor aşıbmış

Tələbənin öldüyü QƏZA - Traktor aşıbmış

Aktual

6 İyun 2022, 10:28

İsmayıllıda traktorun aşması nəticəsində sürücü ölüb, sərnişin xəsarət alıb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, iyunun 5-i günorta saatlarında İsmayıllı rayonu Hacıhətəmli kəndi ərazisində 2000-ci il təvəllüdlü Ata Əliyevin idarə etdiyi traktor yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, traktorda olan sərnişin, Hacıhətəmli kənd sakini Əfqan Əhmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

 

Qeyd edək ki, A.Əliyev BDU-nun SABAH qruplarının IV kurs tələbəsi olub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Moskva iflic oldu - Hava limanları fəaliyyətini dayandırdı