Modern.az

Lənkəranda qəza ölümlə nəticələndi

Lənkəranda qəza ölümlə nəticələndi

Aktual

6 İyun 2022, 10:32

Lənkəranda avtomobillər toqquşub, ölən var.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə iyunun 5-i saat 23 radələrində şəhəri ərazisində qeydə alınıb.

 

Belə ki, rayonun Sütəmurdov kənd sakini M.Babayevin idarə etdiyi “Mercedes” və Liman şəhər sakini Cahad Ələkbərovun idarə etdiyi “KİA” markalı avtomobillər toqquşub.

 

Nəticədə C.Ələkbərov və M.Babayevin sərnişini xəstəxanaya yerləşdirilib, C.Ələkbərov orada ölüb. Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Moskva iflic oldu - Hava limanları fəaliyyətini dayandırdı