Modern.az

“Land Rover” piyadanı vurdu

“Land Rover” piyadanı vurdu

Aktual

6 İyun 2022, 10:35

İyunun 3-də saat 23 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini E.Rüstəmov idarə etdiyi “Land Rover” markalı avtomobillə yolu keçən paytaxt sakini Nazim Nağıyevi vurub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.


Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Moskva iflic oldu - Hava limanları fəaliyyətini dayandırdı