"Elektrik şəbəkəsinə qoşulan abonentlər bəzən texniki məsələlərdə səhlənkarlığa yol verirlər".
Modern.az xəbər verir ki, bunu "Azərişıq" ASC-nin informasiya texnologiyaları departamentinin direktoru Qalib Həmidov deyib. O qeyd edib ki, texniki səhlənkarlıqlar qəzalara gətirib çıxarır.
"Bunu aradan qaldırmaq üçün vətəndaşların onlayn müraciətlərini qəbul edəcəyik. Yəni vətəndaş onlayn şəkildə müraciət edəcək və bizə bildirəcək ki, texniki avadanlıqlarla mütəmadi baxışlar keçirilsin. Bizim mütəxəssislərimiz isə abonentin xətlərini yoxlayacaq", - deyə qurum rəsmisi bildirib.