Modern.az

Sayğacda qüsur varsa, sərfiyyat az göstərir

Sayğacda qüsur varsa, sərfiyyat az göstərir

Aktual

6 İyun 2022, 11:36

"İşıq sayğaclarında qüsur varsa, sərf edilən elektrik enerjisini az göstərir".  

 

Modern.az xəbər verir ki, bunu "Azərişıq" ASC-nin informasiya texnologiyaları departamentinin direktoru Qalib Həmidov deyib.

 

O qeyd edib ki, artıq vətəndaşlar bu problemlərlə bağlı elektron şəkildə "Azərişıq" ASC-yə müraciət edə biləcəklər: 

 

"Bəzi sayğaclarda mərhələli tarifin tətbiqində çətinlik yaranır. Köhnə sayğacları olan abonentlərdə tarif dəyişikliyindən sonra problemlər yaranırdı. Amma bizim mütəxəssislər bununla əlaqədar vətəndaşların bütün müraciətlərini cavablandırırlar. İstənilən halda abonentin 30 günlük sərfiyyatı oxunub, ona təqdim edilir".

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Moskva iflic oldu - Hava limanları fəaliyyətini dayandırdı