Modern.az

Oğurluq etmək istədi, "iş başında" tutuldu - VİDEO

Oğurluq etmək istədi, "iş başında" tutuldu - VİDEO

Aktual

6 İyun 2022, 12:52

Baş Mühafizə İdarəsinin Quba Regional Mühafizə Şöbəsinin əməkdaşları rayon ərazisində oğurluğa cəhd etməkdə şübhəli bilinən şəxsi cinayət başında yaxalayıblar.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında dərhal hərəkətə keçən Mühafizə Şöbəsinin polis əməkdaşları Xaçmaz rayon sakini Rəhman Rəhimovu hadisə yerində yaxlayıblar. O, ərzaq mağazasına qapını sındırma yolu ilə daxil olaraq oradan pul, eləcə də müxtəlif növ spirtli içkilər və ərzaq oğurlamağa cəhd edib. Həmin şəxs polis əməkdaşları tərəfindən Quba RPŞ-yə gətirilib.

 

Quba rayon məhkəməsinin qərarı ilə R.Rəhimov barəsində inzibati həbs qaydasında tənbeh növü seçilib.

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Moskva iflic oldu - Hava limanları fəaliyyətini dayandırdı