Modern.az

“Azərbaycan üzərinə böyük məsuliyyət götürüb” - Çavuşoğlu

“Azərbaycan üzərinə böyük məsuliyyət götürüb” - Çavuşoğlu

Aktual

6 İyun 2022, 15:00

“Ukraynadakı müharibə fonunda avropalı dostlarımızın enerji böhranından daha az təsirlənməsi üçün səy göstəririk. Bu məsələdə xüsusilə Azərbaycan öz üzərinə böyük məsuliyyət götürüb”.

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə brifinqdə deyib.

XİN başçısının sözlərinə görə, Türkiyə energetika və logistikanı müzakirə etmək məqsədilə Qazaxıstan və Türkmənistanla üçtərəfli iclas keçirəcək.

O, həmçinin qeyd edib ki, iyunun 27-də Bakıda Azərbaycan, Türkiyə və Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşü baş tutacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Moskva iflic oldu - Hava limanları fəaliyyətini dayandırdı