Modern.az

Mahaçqala-Bakı aviareysi ləğv OLUNDU

Mahaçqala-Bakı aviareysi ləğv OLUNDU

Aktual

6 İyun 2022, 15:50

Mahaçqala ilə Bakı arasında aviareyslər bərpa olunmadan ləğv edilib.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, Azərbaycan hökuməti tərəfindən uçuş üçün icazənin geri alınması ilə əlaqədardır.

 

“Azərbaycan tərəfi “Utair” şirkətinə uçuşlar həyata keçirmək üçün verdiyi icazəni ləğv edib”, - Dağıstan Hava Limanının mətbuat xidmətindən bildirilib. İcazənin ləğvinin səbəblərini açıqlamayıb.

 

Xatırladaq ki, “Utair” iyunun 3-dən Mahaçqaladan Bakıya uçuşları bərpa etmək niyyətində idi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Moskva iflic oldu - Hava limanları fəaliyyətini dayandırdı