Modern.az

Qubada narkotik əməliyyatı - Həbslər var

Qubada narkotik əməliyyatı - Həbslər var

Aktual

6 İyun 2022, 15:24

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakinləri İmdulla Qasımov və Ruhid Rüstəmov saxlanılıblar.

 

Həmin şəxslərin üzərlərinə və yaşadıqları evə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin, eləcə də “patı”, “şüşə” adlandırılan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.

 

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Moskva iflic oldu - Hava limanları fəaliyyətini dayandırdı