Modern.az

Volodin İrəvanda Paşinyanla görüşdü

Volodin İrəvanda Paşinyanla görüşdü

Aktual

6 İyun 2022, 16:08

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ermənistanda səfərdədir.

Modern.az xəbər verir ki, Volodin İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Görüşdə bir sıra məsələlər, o cümlədən KTMT ölkələrinin qanunvericiliyinin yaxınlaşdırılması müzakirə olunub.

Qeyd edək ki, V. Volodin KTMT PA Şurasının iclasında iştirak etmək üçün İrəvana yollanıb. O, səfər çərçivəsində Rusiya nümayəndə heyətinə rəhbərlik edir.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Moskva iflic oldu - Hava limanları fəaliyyətini dayandırdı