Modern.az

Yaxın vaxtlarda çimərliklərin siyahısı açıqlanacaq - Nazir

Yaxın vaxtlarda çimərliklərin siyahısı açıqlanacaq - Nazir

Aktual

6 İyun 2022, 17:00

Çimərlik mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq, bu il də çimərliklərdə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin fəaliyyət çərçivəsinə daxil olan bütün monitorinqlər həyata keçirilir və lazımi gigiyenik tədbirlər görülür.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

 

Nazir bildirib ki, yaxın vaxtlarda gigiyenik tələblərə uyğun olan çimərliklərin rəsmi siyahısı tərtib olunaraq ictimaiyyətə açıqlanacaq.

 

Qeyd edək ki, Azərbaycanda iyunun 15-də çimərlik mövsümü açıq elan olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Moskva iflic oldu - Hava limanları fəaliyyətini dayandırdı