Modern.az

Daha bir Mədəniyyət İdarəsində yoxlamalara BAŞLANILDI

Daha bir Mədəniyyət İdarəsində yoxlamalara BAŞLANILDI

Aktual

6 İyun 2022, 17:20

Hazırda Lənkəran Regional Mədəniyyət İdarəsində və onun tabeliyində fəaliyyət göstərən müəssisələrdəki pozuntu halları barədə daxil olmuş müraciətlərin yerində araşdırılması ilə bağlı Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən xidməti araşdırma aparılır.

 

Bu barədə Modern.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

 

Qeyd edilib ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində Nazirliyin strukturuna daxil olan ve strukturuna daxil olmayan tabeliyindəki qurumların fəaliyyəti yoxlanılaraq aşkar olunan nöqsanlarla bağlı müvafiq tədbirlər görülməkdədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Moskva iflic oldu - Hava limanları fəaliyyətini dayandırdı