Türkiyə Azərbaycana gələn turistlərin sayına görə birinci yerdədir.
Modern.az xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Bəhruz Əsgərov deyib.
Onun sözlərinə görə, cari ilin yanvar-may aylarında Türkiyədən ölkəmizə gələn turistlərin sayı 116 243 nəfər olub.
B. Əsgərov, həmçinin qeyd edib ki, qardaş Türkiyə Azərbaycana 115 468 turistin gəldiyi Rusiyanı geridə qoyub.