Baş Prokurorluq həkim terapevt Aysel Əskərovanın anasının qətlə yetirilməsinə dair iddiasına aydınlıq gətirib.
Modern.az-ın məlumatına görə, Prokurorluğun Mətbuat Xidmətindən bildiriblər ki, 1965-ci il təvəllüdlü Qismət Əskərovanın ölməsi faktı ilə bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
"Ölümün səbəbini müəyyən etmək məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilib, müvafiq izahatlar alıb və digər zəruri prosessual hərəkətlər icra olunur. Araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərarın qəbul olunması təmin ediləcəkdir", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, həkim Aysel Əskərova sosial şəbəkədə paylaşım edərək anası Qismət Əskərovanın öz əcəli ilə ölmədiyini, qarət məqsədilə qətlə yetirildiyini iddia edib.