Modern.az

Bakıda sərnişin avtobusu qəzaya düşdü - YENİLƏNİB

Bakıda sərnişin avtobusu qəzaya düşdü - YENİLƏNİB

Aktual

6 İyun 2022, 22:54

Bu gün hava limanı - Mərdəkan yolunda “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan 171 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

Bakı Nəqliyyat Agentliyindən Modern.az-a bildirilib ki, 10 TG 103 dövlət qeydiyyat nişanlı avtobus qarşısında hərəkət edən "Mersedes" markali minik avtomobili ilə toqquşub.

 

Daşıyıcının verdiyi məlumata görə, hadisə nəticəsində avtobuslardakı sərnişinlər arasında xəsarət alan olmayıb.

 

Qeyd olunub ki, qəza zamanı azı bir nəfərin ölümü və yaralıların olması barədə yayılan məlumat həqiqəti əks etdirmir: 

 

"Kütləvi informasiya vasitələrinə müraciət edərək hər hansı hadisə barədə daxil olan məlumatları yaymazdan əvvəl BNA-ın Mətbuat xidməti ilə dəqiqləşdirməyə çağırırıq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Moskva iflic oldu - Hava limanları fəaliyyətini dayandırdı