Modern.az

10 tondan artıq çətənə kolu yandırıldı

10 tondan artıq çətənə kolu yandırıldı

Aktual

6 İyun 2022, 22:30

Neftçala Rayon Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun 2-ci Mayak kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 10 ton 890 kiloqram olan 2750 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Moskva iflic oldu - Hava limanları fəaliyyətini dayandırdı