Modern.az

Millimiz Belarusla heç-heçə etdi

Millimiz Belarusla heç-heçə etdi

Aktual

7 İyun 2022, 00:47

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. 

 

Modern.az xəbər verir ki, komanda C Liqasının 3-cü qrupunda Belarusla üz-üzə gəlib. 

 

Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda keçirilən qarşılaşma qolsuz bərabərliklə bitib. 

 

Qrupun digər matçında Qazaxıstan səfərdə Slovakiyaya minimal hesabla qalib gəlib - 1:0. 6 xala malik Qazaxıstan seçməsi qrupun lideridir. Slovakiyanın 3, Belarus və Azərbaycanın 1 xalı var. 

 

Qeyd edək ki, Azərbaycan millisi növbəti görüşünü iyunun 10-da Bakıda Slovakiya seçməsinə qarşı keçirəcək. 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı