Modern.az

Bu ölkədə nazir iş otağında GÜLLƏLƏNDİ

Bu ölkədə nazir iş otağında GÜLLƏLƏNDİ

Aktual

7 İyun 2022, 08:31

Dominikanın ətraf mühit naziri Orlando Xorxe Meru tanışı tərəfindən güllələnib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat katibi Homero Fiqeroa məlumat verib.

 

Onun sözlərinə görə, nazirə atəş açan Miqel Krus adlı şəxs polis nəzarətinə götürülüb. Nazirin iş otağında güllələndiyi bildirilib.

 

Cinayətin motivləri barədə məlumat verilməyib.

 

Qeyd edək ki, Homero Fiqeroa dövlət başçısı adından mərhumun ailəsinə başsağlığı verib.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı