Modern.az

Papanın səhhəti pisləşib - İstefa verəcək

Papanın səhhəti pisləşib - İstefa verəcək

Aktual

7 İyun 2022, 10:40

Son bir neçə gün ərzində Vatikan dairələrində Papanın istefaya getməyə hazırlaşdığı barədə şayiələr yayılıb. 

 

Modern.az xəbər verir ki, bu söz-söhbət 85 yaşlı Papa Fransiskin səhhətindən qaynaqlanır.

 

Keçən yay yoğun bağırsağından əməliyyat olunan Papa Fransisk dizindəki problemlə əlaqədar son həftələrdə əlil arabasından istifadə edir.

 

İddialara görə, Papanın avqust ayında istefası gözlənilir.  

 

Qeyd edək ki, Fransisk 2013-cü ildən Roma Papasıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı