Modern.az

İrəvanda iğtişaşlara görə kütləvi həbslər BAŞLADI

İrəvanda iğtişaşlara görə kütləvi həbslər BAŞLADI

Aktual

7 İyun 2022, 22:21

Ermənistanda hökumət binası qarşısında baş vermiş iğtişaşlara görə 10 nəfər həbs olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

 

Bildirilib ki, polislə etirazçılar arasında yaşanan qarşıdurma ilə əlaqədar cinayət işi açılıb, 15 nəfər saxlanılaraq istintaqa cəlb edilib. Saxlanılan şəxslərdən 10-nun barəsində həbs qərarı çıxarılıb. Digər şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.

 

Qeyd edək ki, iyunun 3-də etirazçılar Ermənistan hökumətinin binasını blokadaya alıblar. Əraziyə cəlb olunan polis əməkdaşları ilə aksiya iştirakçıları arasında qarşıdurma yaşanıb. İnsident zamanı 39-u polis olmaqla 60 nəfər xəsarət alıb. 

 

Xatırladaq ki, Ermənistanda kütləvi etirazların başlamasından bir ay ötür. Narazı kütlə baş nazir Nikol Paşinyanı Azərbaycanla sərhədlərin demarkasiyası zamanı Bakıya güzəştə getməkdə günahlandıraraq, onun istefasını tələb edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı