Modern.az

Bu yollarda tıxac var - SİYAHI

Bu yollarda tıxac var - SİYAHI

Aktual

8 İyun 2022, 09:28

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

 

Mərkəzdən Modern.az-a bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

 

1. Bakı Sumqayıt şossesi - Masazır dairəsindən başlayaraq 20 Yanvar dairəsinə qədər sıxlıq;

 

2. Ziya Bünyadov prospekti - Olimpia stadionu yanından başlayaraq Atatürk prospektilə kəsişməyə qədər 20 yanvar dairəsi istiqamətində sıxlıq;

 

3. Yusif Səfərov küçəsi Mehdi Mehdizadə küçəsi kəsişməsi daxil olmaqla daxil olmaqla, Koroğlu metro stansiyası istiqamətində və Sevgi parkı qarşısından başlayaraq 28 may küçəsi kəsişməsinə kimi sıxlıq;

 

4. 28 may küçəsi - Rixard Zorge küçəsi kəsişməsi daxil olmaqla Rəşid Behbudov küçəsi kəsişməsinə kimi sıxlıq;

 

5. Heydər Əliyev prospekti - Koroğlu metro stansiyasının qarşısı daxil olmaqla kənar yol Asan xidmətin qarşısına kimi sıxlıq;

 

6. Xətai prospekti - Neymət Quliyev küçəsi kəsişməsi daxil olmaqla Heydər Əliyev prospekti kəsişməsinə kimi, Koroğlu metro stansiyası istiqaməti sıxlıq;

 

7. Abdulvahab Salamzadə küçəsi - Qələbə dairəsindən başlayaraq Ziya Bünyadov prospekti kəsişməsinə kimi sıxlıq;

 

8. Tbilisi prospekti - 20 yanvar dairəsi, körpü üzərindən başlayaraq Abdulvahab Salamzadə küçəsi kəsişməsinə kimi sıxlıq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı