Modern.az

Putin İran prezidentinə zəng etdi

Putin İran prezidentinə zəng etdi

Aktual

8 İyun 2022, 16:44

Rusiya prezidenti Vladimir Putin İran prezidenti İbrahim Rəisi ilə telefonla danışıb.

Modern.az xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, Putin Rəisiyə insan həyatına son qoyan dəmir yolu qəzası ilə bağlı başsağlığı verib.


Bundan əvvəl KİV İranda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayının 21-ə çatdığını, 80-dən çox insanın yaralandığını bildirmişdi.

Faciə Cənubi Xorasan əyalətində baş verib. İranın Qızıl Aypara Cəmiyyətinin əyalətdəki məlumatına görə, qatarda 430-a yaxın sərnişin olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı