Modern.az

Əməkdar həkim vəfat etdi

Əməkdar həkim vəfat etdi

Aktual

9 İyun 2022, 10:04

Azərbaycanın Əməkdar həkimi vəfat edib.

 

Modern.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Nizami rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini İradə Şixzamanova dünyasını dəyişib.

 

Direktor müavini uzun sürək xəstəlikdən sonra ötən gün evində 65 yaşında vəfat edib.

 

O, 1993-cü ildən həmin mərkəzdə fəaliyyət göstərib. 2017-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan səhiyyəsinin inkişafında xidmətlərinə görə Əməkdar həkim fəxri adına layiq görülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!