Modern.az

Tamaşaçılar “Formula 1 gəzintisi”nə çıxacaq

Tamaşaçılar “Formula 1 gəzintisi”nə çıxacaq

Aktual

9 İyun 2022, 10:43

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində bu gün saat 12:00-da Pit zolağında gəzinti olacaq.


Modern.az xəbər verir ki, Pit zolağı gəzintisi 2 saata yaxın davam edəcək, burada F-1 azarkeşləri komandalar, onların qarajları ilə yaxından tanış olmaq, dünya şöhrətli pilotlarla rəsm çəkdirmək imkanı əldə edəcəklər.


Yalnız üçgünlük bileti olan tamaşaçılar Pit zolağı gəzintisində iştirak edə biləcəklər. Formula 1 Azərbaycan Qran-Prisi iyunun 10-12-də Bakı şəhər halqasında keçiriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı