Venesuela prezidenti Nikolas Maduro Türkiyənin “Kuruluş Osman” serialının aktyor heyəti ilə görüşüb.
Modern.az xəbər verir ki, görüşdə iştirak edənlər arasında azərbaycanlı məşhur kikboksçu Zabit Səmədov da olub. Maduro sosial şəbəkə hesabında paylaşım edərək, görüşlə bağlı təəssüratlarını bölüşüb.
Qeyd edək ki, Zabit Səmədov Türkiyənin tarixinə əsaslanaraq çəkilən və böyük tamaşaçı auditoriyası toplayan "Kuruluş Osman" serialında "Gəncəbəy" obrazını canlandırıb.