Modern.az

İİV-ə ən çox bu şəxslər YOLUXUR

İİV-ə ən çox bu şəxslər YOLUXUR

Aktual

9 İyun 2022, 15:16

İİV infeksiyası – insanın immunçatışmazlığı virusu tərəfindən törədilən və immun sistemin getdikcə artan zədələnməsi ilə xarakterizə olunan infeksion xəstəlikdir.

 

Modern.az xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Günəş Cəfərova bildirib.

 

G.Cəfərova xəstəliyin yoluxma yollarını sadalayıb: “Cinsi yolla - İİV-ə yoluxmuş insanla homoseksual və heteroseksual kontaktda olduqda, xüsusən təsadüfi qorunmamış cinsi kontaktlar nəticəsində;


Parenteral yol – İİV tərkibli qan və onun preparatlarının köçürülməsi nəticəsində;

İİV-ə yoluxmuş donorun orqanlarının transplantasiyası zamanı; İİV-lə çirklənmiş tibbi ləvazimatdan istifadə etməklə, o cümlədən inyeksion narkotiklərin istifadəsi nəticəsində; İİV-lə çirklənmiş gigiyenik, kosmetoloji, bərbər və digər məişət ləvazimatlarının istifadəsi nəticəsində; Perinatal yoluxma - İİV-ə yoluxmuş anadan uşağa hamiləlik dövründə, doğuş zamanı və ana südü ilə qidalanma nəticəsində baş verə bilər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı