Modern.az

Millimiz Avropa çempionatının yarımfinalında

Millimiz Avropa çempionatının yarımfinalında

Aktual

10 İyun 2022, 00:20

Mini-futbol üzrə Azərbaycan milli komandası Avropa çempionatında yarımfinala yüksəlib.

 

Modern.az xəbər verir ki, Slovakiyanın Koşitse şəhərində keçirilən yarışda Elşad Quliyevin baş məşqçi olduğu kollektiv 1/4 finalda Slovakiyanı məğlubiyyətə uğradıb - 1:0.

 

Oyunda yeganə qolu 42-ci dəqiqədə Elvin Əlizadə vurub. 49-cu dəqiqədə Vüsal İsayev qırmızı vərəqə alsa da, hesabı sonadək qorumaq mümkün olub.

 

Millimiz növbəti mərhələdə Qazaxıstan komandası ilə qarşılaşacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı