İyunun 9-da saat 21 radələrində Bərdə şəhəri ərazisində “VAZ-21011” markalı avtomobillə yolu keçən şəhər sakinləri B.Cəfərli və Rövşən Mirzəyev vurulub və sürücü hadisə yerini tərk edib.
Daxili İşlər Nazirliyindən(DİN) Modern.az-a verilən məlumata görə, nəticədə R.Mirzəyev hadisə yerində ölüb, digər piyada isə xəstəxanaya yerləşdirilib.
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsinin sürücüsü Ə.Şahverdiyev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.