Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Mərkəzdən Modern.az-a bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.
Sıxlıq olan yolların siyahısını təqdim edirik:
1. Ziya Bünyadov prospektində, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən başlayaraq, Bakı Polad Zavodunun qarşısı – əsas və kənar yol da daxil olmaqla, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq;
2. Gülarə Qədirbəyova küçəsinin Təbriz küçəsi ilə kəsişən hissəsindən, Xətai prospeki ilə kəsişən hissəsinə qədər, eyni zamanda istiqamət olaraq da, Xətai prospeki üzrə sıxlıq;
3. Koroğlu Rəhimov küçəsinin Fətəli xan Xoyski prospekti ilə kəsişməyə qədər olan hissəsində, Akademik Həsən Əliyev küçəsi istiqamətində sıxlıq;
4. Xətai prospektinin Firdovsi Məmmədov küçəsi ilə kəsişməsindən, Əbdüləzəl Dəmirçizadə küçəsi ilə kəsişməsinə qədər, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanı, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində sıxlıq;
5. Heydər Əliyev prospekti – kənar yolda, Əliyar Əliyev küçəsi ilə kəsişmədən, Bağırov körpüsünün üzərinə sol tərəfdən dönən yola qədər, istiqamət olaraq isə Koroğlu metro stansiyası istiqaməti sıxlıq;
6. Yusif Səfərov küçəsində 28 May küçəsi ilə kəsişməyə qədər, Üzeyir Hacıbəyli küçəsi istiqamətində sıxlıq;
7. Salatın Əsgərova küçəsinin, Təbriz küçəsi ilə Ceyhun bəy Hacıbəyli küçələrinin kəsişməsindən, Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq;
8. Həsən bəy Zərdabi prospektində 20 Yanvar dairəsi istiqamətindən, Qələbə dairəsi istiqamətində, eyni zamanda Akim Abbasov küçəsi ilə kəsişməyə qədər olan hissəsində, Mətbuat prospekti istiqamətində sıxlıq müşahidə olunur.