Modern.az

Şəhriyar Məmmədyarov bu dəfə ikinci oldu

Şəhriyar Məmmədyarov bu dəfə ikinci oldu

Aktual

11 İyun 2022, 00:02

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində keçirilən ənənəvi "Norway Chess" şahmat superturnirində ikinci yeri tutub.

 

Modern.az xəbər verir ki, son raundda – 9-cu turda Ş.Məmmədyarov Teymur Rəcəbova məğlub olub.

 

Ötən turların yekununa görə, Şəhriyar Məmmədyarov 15,5 xal toplayıb. Teymur Rəcəbov isə 8 xalla 9-cu nəticəni göstərib.

 

Yarışın qalibi 16,5 xalla hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen olub.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!