Modern.az

Kim Çen In hərbi tapşırıqlar verdi

Kim Çen In hərbi tapşırıqlar verdi

Aktual

11 İyun 2022, 09:36

Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin plenumu zamanı dövlət başçısı Kim Çen In ölkəsinin təhlükəsizliyində risklər olduğunu qeyd edib, müdafiə qabiliyyətini gücləndirməyə çağırıb.

Modern.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
 

"Ölkəmiz ətrafında bugünkü təhlükəsizlik vəziyyəti çox ciddidir. Bu vəziyyət bizi müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədlərini həyata keçirməyə məcbur edir", -  Kim Çen In bildirib.

Şimali Koreya lideri hərbi xarakterli tapşırıqlar verib.
 

Xarici KİV-lərin məlumatına görə, Kim Çen In təhlükəsizliklə bağlı təhdidlərdən danışarkən Cənubi Koreya və ABŞ-ı nəzərdə tutub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!