Modern.az

Hacıqabulda iməcilik keçirilib - FOTO

Hacıqabulda iməcilik keçirilib - FOTO

Aktual

11 İyun 2022, 12:15

“15 iyun - Milli Qurtuluş Günü” münasibəti ilə Hacıqabul rayonunda silsilə tədbirlər davam etdirilir.

 

Modern.az xəbər verir ki, təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq 11 iyun 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatı və Hacıqabul rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Günü ərəfəsində iməcilik təşkil olunub.

 

İməcilikdə rayonun idarə, müəssisə və təşkilatlarında çalışan bir qrup partiya fəalları iştirak ediblər. Hacıqabul şəhərinin İ.Qayıbov küçəsi və Dədə Qorqud parkında abadlıq və təmizlik işləri görülüb, ağac və kollar əhənglənib, yaşıllıq zolaqları alaq otlarından təmizlənib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı