Modern.az

Türkiyədə ağır qəza - 6 nəfər öldü

Türkiyədə ağır qəza - 6 nəfər öldü

Aktual

11 İyun 2022, 15:22

Türkiyənin şimal-qərbindəki Balıkesir vilayətində ağır qəza olub.

 

Modern.az-ın məlumatına görə, mikroavtobusla süd daşıyan maşının toqquşması nəticəsində 6 nəfər həlak olub, daha 15 nəfər isə xəsarət alıb.

 

Hadisə yerinə çoxlu sayda xilasedici və təcili yardım briqadaları cəlb edilib. Qəza baş verən bölgədə hərəkət məhdudlaşdırılıb.

 

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!