Modern.az

Pilotların üçüncü məşq sessiyası başa çatdı

Pilotların üçüncü məşq sessiyası başa çatdı

Aktual

11 İyun 2022, 16:26

2022 Formula 1 Azərbaycan Qran-Prisində F1 pilotlarının üçüncü məşq sessiyası başa çatıb.

 

Modern.az xəbər verir ki, ilk üçlükdə “Red Bull” və “Ferrari” komandalarının pilotları qərarlaşıb.

 

Belə ki, birinci məşq sessiyasında finişə ən qısa zamanda çatan pilot “Red Bull” komandasından Serxio Peres olub. İkinci yerdə “Ferrari” komandasından Şarl Lekler, üçüncü yerdə isə “Red Bull” komandasından Maks Verstappen qərarlaşıb.

 

Qeyd edək ki, Bakı trekinin uzunluğu 6 kilometrdir. Trekdə 3 yüksəksürətli hissə, 20 döngə var, maksimal sürət isə 360 km/s təşkil edir. Yarışlarda 10 komanda iştirak edir.

 

Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün 9 tribunada 16700 oturacaq quraşdırılıb. İyunun 10-da start götürən Formula 1 Azərbaycan Qran Prisi iyunun 12-dək davam edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı