Modern.az

Son sutkada 7 nəfər yoluxdu, ölən olmadı

Son sutkada 7 nəfər yoluxdu, ölən olmadı

Aktual

11 İyun 2022, 16:32

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 7 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada ölən olmayıb.

 

İndiyədək ölkədə ümumilikdə 792 870 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 086 nəfər müalicə olunaraq sağalıb, 9715 nəfər vəfat edib. Aktiv xəstə sayı 69 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2468, bu günə qədər isə ümumilikdə 6 921 407 test icra olunub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı